Mövlam Şıxəliyevin işinə baxan hakimlər koronavirusa yoluxub - FOTO

  • 2022.02.01 12:09
  • 1463 Baxış
Mövlam Şıxəliyevin işinə baxan hakimlər koronavirusa yoluxub -  FOTO
Bakı Hərbi Məhkəməsinin hakimləri koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, hakimlər Elbəy Allahverdiyev və Camal Ramazanovun koronavirus testləri pozitiv çıxıb. Bu səbəbdən hər iki hakimin icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri qeyri-müəyyən vaxtadək təxirə salınıb.


Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi araşdırılır.

Hakim Camal Ramazanovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili olmuş Nadir Nəzirovun cinayət işi araşdırılır.