Mövsümün vacib qidası – Yaşıl lobyanın 3 faydası

  • 2024.04.06 18:00
  • 1370 Baxış
Mövsümün vacib qidası  – Yaşıl lobyanın 3 faydası

Yaşıl lobya yazın ən faydalı qidasıdır.


“Medicina” xəbər verir ki, bioloq Roman Oparin lobyanın 3 vacib faydasını açıqlayıb.

“Lobyada çoxlu vitaminlər – B qrup, A, C, K, dəmir, kaliy, maqniy, kalsium var.

O, həzm sistemindəki problemləri götürür və xolesterin səviyyəsini aşağı salır.

Müntəzəm yaşıl lobya yemək ürək-damar sisteminin ümumi vəziyyətini yaxşılaşdırır.

Piylənməsi, diabeti olanlar da onu yeyə bilər, çünki kalorisi azdır.


Paxlalılara allergiyası olan, qanda sidik turşusu çox olanlar ehtiyatlı olsun.
Honkonq universitetinin alimləri sübut edib ki, paxlalılarda, o cümlədən lobyada olan rezisdent nişasta xərçəngin qarşısını alır, eləcə də diabetə qarşıdır”.


Aygün Musayeva