Mutant koronavirus Azərbaycan sərhədinə çatdı

  • 2021.01.04 18:36
  • 2241 Baxış
Mutant koronavirus  Azərbaycan sərhədinə çatdı

Gürcüstanda koronavirusun mutasiya olunmuş növünə ilk yoluxma qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb. Bildirilib ki, pasiyent 50-dən çox yaşı olan kişidir.

Mutant versiya Rusiya, Türkiyə, Gürcüstandan asanlıqla Azərbaycana adlayacaq və bəlkə də adlayıb. Sadəcə bizdə kimin bu mutant versiyaya ilk yoluxması çətin ki, TƏBİB və Səhiyyə Nazirlyi tərəfindən dəqiq tapılıb elan ediləcək. Ona görə də artıq Azərbaycanda da mutant versiyanın olmasını qəbul edib. tədbirləri buna görə görməliyik.

Bu versiya daha sürətlə və kəskin yayıldığından qorunma və təcrid tədbirlərini artırmalı, yaşlılar evdən çıxmamalı, xəstələr ciddi izolyasiya edilməlidir.