Türkiyəli kardioloq Dr. Serdar Akyüz hipertoniya, panik atak və infarktın oxşar simptomlar göstərdiyini, bunların qarışdırılmamalı olduğunu vurğulayıb.
Medicina.az xəbər verir ki, Akyüz hipertansiyonun tez-tez heç bir əlamət olmadan irəlilədiyini deyib:
"Cəmiyyətdə adətən hipertoniya yalnız baş ağrıları ilə əlaqələndirilir. Çoxları "baş ağrım yoxdur, təzyiqim yüksək ola bilməz", deyə düşünür. Bununla belə, hipertoniya uzun müddət səssizcə irəliləyə bilər, ona görə də qan təzyiqinin müntəzəm yoxlanılması çox vacibdir. Qan təzyiqi həftədə ən az bir və ya iki dəfə ölçülməlıdır. 130/80 mmHg üzərində olan dəyərlər üçün kardioloqa müraciət etmək vacibdir .
Panik atak və infarkt arasındakı oxşarlıq və fərqlər
Panik atak və infarktların oxşar şikayətlərlə meydana gəldiyini ifadə edən Dr. Akyüz, hər iki halda da sinə ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi simptomların olduğunu açıqlayıb.
O bildirib ki, bunu yalnız ekspert qiymətləndirməsi ilə ayırd etmək olar. O, panik atakların adətən stress və narahatlıq kimi psixoloji səbəblərə görə yarandığını, EKQ və qan analizlərinin ürək probıemini ortaya çıxardığını açıqlayıb.
Dr. Akyüz, panik atakın sakitləşmə ilə yüngülləşdiyini və ya tamamilə yox olduğunu ifadə edib. İfarktlarda sinə ağrısının keçici olmadığını və adətən şiddətinin artdığını vurğulayıb:
"İnfarkt zamanı evdə gözləmək ciddi risklər daşıyır. Vaxt itirmək həyati nəticələrə gətirib çıxara bilər. Xüsusilə ailəsində ürək xəstəliyi olan şəxslər daha diqqətli olmalıdır".
Kardioloq erkən müdaxilənin həyat qurtardığını vurğulayıb.
Aygün
Medicina.az