Navalni xəstəxanaya yerləşdirildi

  • 2021.04.19 15:22
  • 1274 Baxış
Navalni xəstəxanaya yerləşdirildi

Rusiya müxalifətinin lideri Aleksey Navalnını Vladimir vilayətində saxlanıldığı 2 nömrəli islah əmək müəssisəsindən məhbuslar üçün nəzərdə tutulan xəstəxanaya köçürülüb.

Medicina.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatı Rusiya Cəzaların İcrası Federal Xidməti yayıb.

Bildirilib ki, həkimlər ona “vitamin terapiyası” müalicəsi təyin ediblər: “Hazırda Navalnının səhhəti normal dəyərləndirilir. Hər gün onu həkim-terapevt müayinə edir. Pasiyentin razılığı ilə ona vitamin terepiyası təyin olunub”.