Nazir Baş Klinik Hospitalın yeni korpusunun açılışında - VİDEO

  • 2020.05.28 10:55
  • 12268 Baxış
Nazir Baş Klinik Hospitalın yeni korpusunun açılışında  - VİDEO

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının üçüncü müalicə korpusunun açılış mərasimi keçirilib.

Tədbirdə iştirak edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti istifadəyə verilən müalicə korpusunda yaradılan şəraitlə tanış olublar.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev Müdafiə nazirinə məruzə edib ki, üç mərtəbədən və bir zirzəmidən ibarət müalicə korpusunun ümumi sahəsi 4 000 kvadratmetrdir. Burada stomatoloji və oftalmoloji kabinetlər, manipulyasiya, qan götürmə, reanimasiya, növbətçi həkim, oksigen, dezinfeksiya, sterilizasiya, eləcə də digər xidməti və inzibati otaqlar, laboratoriya, yeməkxana, qazanxana, camaşırxana və müalicə alanların reabilitasiyası üçün nəzərdə tutulmuş idman zalı mövcuddur.

Bildirilib ki, dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilən şöbədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.

Müalicə korpusunda yaradılan şəraitlə tanış olduqdan sonra Müdafiə naziri Tibb Baş İdarəsinin rəhbərliyi qarşısında tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar qoyub.