Nazir BMT-nin iclasında koronavirusa yoluxdu

  • 2021.09.22 13:53
  • 1066 Baxış
Nazir BMT-nin iclasında koronavirusa yoluxdu
BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Braziliya prezidenti Jair Bolsonaro ilə birlikdə Nyu Yorka gələn səhiyyə naziri Marcel Keyroqa koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə nazir özü tviterdə məlumat verib.

“Hamıya məlumat verirəm ki, bu gün COVID-19 testimin cavabı müsbət oldu. Bütün sanitariya qaydalarına uyğun olaraq ABŞ-da karantinə alınacağam ”, - nazir tviterdə yazıb.

“G1” xəbər portalı Braziliya səhiyyə nazirliyinə istinadən bildirib ki, nazirin karantin müddəti 14 gün davam edəcək.