Nazirin ölümünə səbəb olan Qaraciyər Sirrozu - Yaşa baxmır

  • 2021.05.01 14:09
  • 3865 Baxış
Nazirin ölümünə səbəb olan Qaraciyər Sirrozu -  Yaşa baxmır

Dünən vəfat edən 57 yaşlı Gənclər və İdman naziri Azad Rəhimovun əziyyət çəkdiyi xəstəliklərdən biri də qaraciyər sirrozu idi. Xərçəngin qaraciyərdən başlayıb sonradan ağciyərlərə metastaz vermə ehtimalı var.


Zəiflik və yorğunluq, əsəbilik, yuxu pozğunluğu kimi simptomlar qaraciyər sirrozunun başlanğıcı ola bilər.


Medicina.az xəbər verir ki, burundan və diş ətindən qanaxmalar, tez-tez ürək bulanması, iştahsızlıq və səbəbsiz arıqlama xəstəliyin əlamətlərindəndir.

Bundan əlavə, sirrozun simptomları arasında dəridə qaşınma, ovucların qızarması, bədəndəki hörümçək damarları, dərinin və göz almasının saralması da var.

Qaraciyər sirrozu yaşa baxmır, 20 yaşdan 70 yaşa kimi pasiyentlərdə rast gəlinir. Təbii ki, qəfil başlamır və aylar, illər öncə bəzi əlamətlərlə özünü göstərir. Sadəcə vaxtında qaraciyərin yüklənməsi testləri və analizləri verilməlidir.