Nazirlikdən Rafael Dadaşovla bağlı - AÇIQLAMA

  • 2019.12.03 16:17
  • 5347 Baxış
Nazirlikdən Rafael Dadaşovla bağlı -   AÇIQLAMA
Xalq artisti Rafael Dadaşov dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

Bu barədə Medicina.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, R. Dadaşovun müalicəsi hazırda reanimasiya şöbəsində davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.