Nə qədər araq içəndə bağırsaqda şiş yaranır?

  • 2026.07.13 21:22
  • 294 Baxış
Nə qədər araq içəndə    bağırsaqda şiş yaranır?

Son elmi məlumatlar alkoqol istehlakı ilə yoğun bağırsaq xərçəngi arasında əlaqə olduğunu göstərir.

Medicina.az xəbər verir ki, yoluxucu bədxassəli hüceyrələr yoğun bağırsaqda nəzarətsiz şəkildə bölünməyə və çoxalmağa başlayanda baş verir.


Bu prosesin dəqiq səbəbi məlum deyil. Lakin tədqiqatlar müəyyən amillərin xəstəliyəhəssaslığı artıra biləcəyini göstərir. Alimlərə görə, alkoqol yoğun bağırsaq xərçənginin səbəbi ola bilər.


Belə ki, xüsusilə, həftədə dörd və ya daha çox spirtli içki içməyin yoğun bağırsaq xərçənginin inkişafı ilə əlaqəli olduğu aşkar edilmişdir. Əvvəlki tədqiqatlar göstərir ki, gündə bir pors (10 qram) içənlərdə bağırsaq xərçənginin inkişaf riski artır. Xəstəliyin inkişaf riski istehlak edilən spirtli içki miqdarının artması ilə artır. Xərçəng və Qidalanma üzrə Avropa Prospektiv Tədqiqatının (EPIC) məlumatlarına görə, gündə 30 qramdan çox spirtli içki (təxminən bir yarım stəkan 13% spirtli şərab) qəbulu ilə kolorektal xərçəngin yaranma tezliyi arasında "aydın əlaqə" mövcuddur.

Spirtli içkinin bağırsaq xərçənginin mümkün səbəbi kimi mənfi təsiri xüsusilə kişilərdə (qadınlarla müqayisədə) güclüdür. Mütəxəssislər bunun iki cinsin spirtli içkini fərqli şəkildə metabolizə etməsi ilə əlaqəli ola biləcəyinə inanırlar.

Aygün Musayeva