Nə üzlər gördük... - Maskasız Bakı FOTOLARDA

  • 2021.05.31 15:37
  • 2130 Baxış
Nə üzlər gördük... -  Maskasız Bakı FOTOLARDA
Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda açıq havada maska taxmaq məcburiyyəti ləğv edilib.

Medicina.az Bakupost.az-a istinadən xəbər verir ki, 7 aydan sonra maska qadağası ləğv olunsa da, yenə də Bakı küçələrində maskadan istifadə edənlər var.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ötən ilin noyabrın 21-dən Azərbaycanda açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi idi. Bu gündən açıq havadakı məcburiyyət aradan qaldırılsa da, qapalı məkanlarda maska taxmaq qərarı qüvvədədir.

Paytaxtın bugünkü mənzərəsini təqdim edirik:

Fotoqraf: Azər Kazımlı