Nəfəs ala bilmirdi - Burnundan çıxana şok oldu

  • 2019.11.20 10:01
  • 11620 Baxış
Nəfəs ala bilmirdi -  Burnundan çıxana şok oldu
Türkiyədə yaşayan Utku adlı gənc rahat nəfəs ala bilmədiyi üçün sağlıq problemləri başlayıb.Ağrıları artdığı və tənəffüs problemləri ciddiləşdiyi üçün o  həkimə müraciət edib. 


Medicina.az xəbər verir ki, qulaq burun boğaz həkimi ilkin olaraq Utkunu müayinə edib. 19 yaşlı gəncin  burun ətinin böyüməsi və sümük əyriliyi olduğu müəyyən olub.  Lakin burnunda yad cisim qalacağından şübhələndiyi üçün həkim onu tomoqrafiya edib. 


Tomoqrafiyanın nəticələrinə görə onun burnunda yad cisim aşkarlanıb. İlk olaraq gənc bunun qələm başlığı olduğunu düşünüb. Yad cisim orta burun əti bölgəsinə düşərək və sol gözün yanına qədər irəliləyib. 


Həkim kiçik əməliyyat vasitəsilə yad cismi çıxarıb. Məlum olub ki, bu Utkunun qırılan dişidir. 


Xəstənin sözlərinə görə,6 il əvvəl velosiped sürərkən avtobusla toqquşub və qəza keçirib. Qəza nəticəsində üzündən yaralanıb və zərbənin təsirindən diş kökü yerindən qopub. İlkin ehtimala görə burundan çıxan diş də həmin dişdir. 
Nəfəs ala bilmirdi -  Burnundan çıxana şok oldu
Nəfəs ala bilmirdi -  Burnundan çıxana şok oldu