Yağlı qaraciyər xəstəliyi hallarında qəfil inkişaf edən əlamətlərdən biri "şirin qoxulu nəfəs" ola bilər.
Bədənin əsas filtri olaraq qaraciyər ona daxil olan zəhərli maddələri parçalayır. Orqan xəstəlikdən zədələndikdə, qanda kimyəvi maddələr toplanmağa başlayır ki, bu da müxtəlif problemlərə səbəb ola bilər.
Medicina.az xəbər verir ki, Britaniya Qaraciyər Fonduna görə, qanda kimyəvi maddələrin toplanması beyində dəyişikliklərə və qaraciyər ensefalopatiya sindromunun inkişafına səbəb ola bilər. Unutqanlıq, yüngül çaşqınlıq və şəxsiyyət dəyişiklikləri baş verə biləcək ilk simptomlardan bəziləridir.
Mount Sinai Tibb Mərkəzi öz növbəsində bildirir ki, qaraciyər xəstəliyinin ilkin simptomlarından biri nəfəs qoxusundakı dəyişiklikdir, belə ki,
"ağızdan kifli və ya şirin qoxu" gəlir.
Mütəxəssislər əlavə ediblər ki, bu problemlər kəskin qaraciyər çatışmazlığı inkişaf edərsə qəfil yarana bilər və ya xroniki qaraciyər xəstəliyinin bir hissəsi ola bilər.
Qaraciyər xəstəliyi səbəbindən yarana biləcək daha ciddi simptomlara aşağıdakılar daxildir:
Qeyri-adi hərəkətlər və ya titrəmələr
Sinir həyəcanı
Yuxululuq və ya çaşqınlıq.
Letargiya, hərəkətin yavaşlığı.
Aygün Musayeva