Neftçala rayonunda yanğın hadisəsi baş verib.
Medicina.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şorkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1953-cü il təvəllüdlü Piriyev Cahangir Əlövsət oğlunun yaşadığı yarımtikili anidən alovlanıb. Yanğın söndürülsə də C. Piriyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
O, Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.