Nəhəng sarımsaq Ginnesə düşdü

  • 2026.07.07 23:21
  • 85 Baxış
Nəhəng sarımsaq Ginnesə düşdü


Avropada Qrem Barrat adlı bağban nəhəng sarımsaq yetişdirməklə Ginnesin Rekordlar Kitabına düşüb.


Medicina.az xəbər verir ki, "fil sarımsağı" adlı sarımsaq (Allium ampeloprasum) adi sarımsağa nisbətən prasaya daha yaxındır. Çəkisi 1,75 kiloqram olduğu nəzərə alınaraq, onu Rekordlar kitabına daxil ediblər.


Sarımsaq 2025-ci ilin payızında əkilib və Qremin sözlərinə görə, bu qədər böyüməsi üçün heç bir xüsusi qulluq göstərilməyib. Üstəlik, "fil sarımsağı" böyüməsi zamanı köstəbəklərin, maralların və dovşanların hücumundan sağ çıxmağı bacarıb.

Aygün Musayeva