Yayın sevilən meyvələrindən olan nektarin tez yumşala və dadını itirə bilər. Tam yetişməmiş nektarinləri otaq temperaturunda saxlamaq, yetişmiş olanları isə soyuducuya qoymaq daha doğrudur.
Medicina.az xəbər verir ki, bu barədə Fransız mətbuatı yazıb.
Bildirilib ki, soyuducuda saxlanılan nektarin 3-4 gün ərzində yeyilməlidir. Yeməzdən əvvəl onu 20-30 dəqiqə otaq temperaturunda saxlamaq meyvənin ətrini və dadını daha yaxşı hiss etməyə kömək edir.
Artıq yetişmiş nektarinləri isə dilimləyib dondurmaq olar.
Xanım,
Medicina.az