Qısqanc nənə yeni doğulmuş nəvəsi üçün nəzərdə tutulmuş bütün hədiyyələri oğurlayıb.
Medicina.az xəbər verir ki, ABŞ-da bəyin anası heç vaxt gəlinini bəyənmirdi.
Cütlük nişanlananda qadın nişan üzüyünün ona göstərilməməsindən incimişdi.
Gəlin hamilə qalanda qadın daim oğluna pıçıldayırdı ki, uşaq çox güman ki, ondan deyil.
Və bu yaxınlarda ciddi bir qalmaqal baş verdi. Doğuşdan sonra valideynlər evi bəzəyərək, uşağa çoxlu hədiyyələr aldılar. Lakin evdə heç bir bəzək və ya hədiyyə yox idi və təhlükəsizlik kamerası bəyin anasının hər şeyi götürdüyünü göstərdi.
O, cinayəti etiraf etdi və əlavə etdi ki, bunu hirsindən edib. Qadının öz nəvəsindən oğurladığı bütün əşyalar xeyriyyə təşkilatına bağışlandı.
Polis qadına xəbərdarlıq edərək onu buraxıb.
Aygün Musayeva