Nevroz və əsəbə qarşı nöqtə - Hər gün 5 dəqiqə masaj edin

  • 2021.02.04 12:28
  • 2738 Baxış
Nevroz və əsəbə qarşı nöqtə  - Hər gün 5 dəqiqə masaj edin


Sinir gərginliyi, daxili təşviş, nevrozu olanlar sakitliyi bərpa etmək, beyni və bədəni rahatlaşdırmaq üçün Çin təbabətində sakitləşdirici nöqtə kimi tanınan Ney Quan nöqtəsindən istifadə edə bilər.

Medicina.az xəbər verir ki, bu nöqtə biləkdə yerləşir.


Nöqtəni hər gün 3-5 dəqiqə saat əqrəbi istiqamətində yüngülcə basıb masaj etməklə sinir sistemi meridianına təsir edə bilərsiz.
Meridianın aktiv vaxtı axşam saat 7-9 arasıdır.

Ney –Quan nöqtəsinin masajı hansı təsir yaradır:


- stress və gərginlik azalır
- yuxu yaxşılaşır

- təşvişi aradan götürür

- beyni sakitləşdirir

- həzmi yaxşılaşdırır
- Qulaqda, başda küyü götürür

Daha çox sol əldə tapılır. Nöqtənin üzərinə 3 barmağı birləşdirib, basmaq lazımdır.