Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nəyə görə kişilər koronaya tez təslim olur?

  • 2021.01.09 15:12
  • 1892 Baxış
Nəyə görə kişilər koronaya tez təslim olur?


Koronavirusa daha çox kişilər yoluxur, daha ağır keçir və daha çox ölümə səbəb olur.

Medicina.az xəbər verir ki, bunu daxili xəstəliklər üzrə mütəxəssis, professor və yazıçı Osman Müftüoğlu deyib.

“Sadəcə real vəziyyət deyil, statistika da bu informasiyanı təsdiq edir. Bəzi ehtimal faktorlardan söhbət gedir. Kişilərin qadınlara nisbətən daha yüksək risk daşımasının müxtəlif səbəbləri var. Birincisi, immun sisteminin qadınlarda daha güclü olmasıdır.

Mütəxəssislər bu müxtəlifliyi estrogen hormonu və qadınların immun sistemi ilə bağlı genetik kodları daşıyan 2 X xromosomunu birlikdə daşımaları ilə əlaqələndirir. Bundan əlavə, qadınlar gigiyenik qaydalara kişilərə nisbətdə daha yaxşı əməl edir. Ümumilikdə, qadınlar sağlamlıqlarına daha çox diqqət yetirməyə çalışır.

Digər tərəfdən, xəstəliyi ağırlaşdıran diabet, hipertoniya, qida borusu xərçəngi kimi xroniki xəstəliklərə kişilərdə daha çox rast gəlinir. Fikrimcə, kişilər maska taxmaq və sosial məsafə qaydalarına riayət etmək kimi tədbirlərə uyğunlaşmaqda daha çox çətinlik çəkir. Bu da effektiv bir faktor ola bilər”.