Niyazi Eminov Gömrük Hospitalına köçürüldü

  • 2021.09.20 11:13
  • 2473 Baxış
Niyazi Eminov Gömrük Hospitalına  köçürüldü
Koronavirusa yoluxmuş cərrah Niyazi Eminov dünən axşam saatlarında Mərkəzi Gömrük Hospitalına köçürülüb.

Medicina.az xəbər verir ki, bir müddətdir, "Yeni klinika"da müalicə olunan cərrahın Mərkəzi Gömrük Hospitalına köçürülməsinə qərar verilib.

N. Eminovun vəziyyəti ağır-stabil kimi qiymətləndirilir. Onun ağciyərlərində 90 faiz buzlaşma qeydə alınıb.

Qeyd edək ki, atası N. Eminovun Mərkəzi Gömrük Hospitalına köçürülməsi üçün müraciət etmişdi.