Niyə bəzi insanlar 100 yaşdan çox yaşayır? -Cavab tapıldı

  • 2024.04.08 10:45
  • 538 Baxış
Niyə bəzi insanlar 100 yaşdan çox yaşayır? - Cavab tapıldı
İsveçdə qan analizi verən 64-99 yaş arası 44 min insanın sağlamlıq vəziyyəti illər ərzində təqib edilib. Beləliklə, 100 yaşı keçənlərin bəzi ümumi xüsusiyyətləri müəyyən edilib.

Medicina.az xəbər veirr ki, “GeroScience” elmi jurnalında dərc olunan araşdırmaya görə, məlumatları araşdırılan insanların 1224-ü (2,7 faiz) 100 yaşını keçə bilib, onların 85 faizi qadın olub.

Tədqiqat çərçivəsində iltihab, maddələr mübadiləsi, qaraciyər və böyrək sağlamlığı, qidalanma və anemiya kimi faktorlarla əlaqəli 12 qan əsaslı biomarker müəyyən edilib. Bu əlamətlərlə bağlı aparılan müayinələr nəticəsində 100 yaşdan yuxarı insanların orqanizmində 60 yaşdan başlayaraq qlükoza, kreatin və urik turşusu səviyyəsinin aşağı olduğu müəyyən edilib.

Ümumi xolesterin və dəmir səviyyəsi ən aşağı olanlar “100 yaşa çatması ən çətin qrup” kimi təsnif edilib.

Alimlər bəzi biomarkerlərdə fərdlər arasındakı fərqlərin çox kiçik olduğuna da diqqət çəkiblər. Məsələn, bədənlərində ən az urik turşusu olan qrupdakı insanların 100 yaşa çatma ehtimalı 4 faiz olaraq hesablanarkən, urik turşusu səviyyəsi ən yüksək olanlar üçün bu nisbət 1,5 faiz olaraq təyin olunub.

Tədqiqatçılar qidalanma və spirt istifadəsi kimi faktorların ömür uzunluğuna təsirli olduğunu iddia edirlər. Buna baxmayaraq, onlar müəyyən edilmiş bioloji dəyərlərin həyat tərzi və ya genetik səbəblərdən qaynaqlandığına dair heç bir dəlil tapa bilməyiblər.
Tədqiqatçılar sonda qeyd ediblər ki, uzun ömrə sahib olmaqda şansın da rolu var.


Aysel