Niyə məhz yüksəkdozalı C vitamini?

  • 2026.05.22 13:55
  • 86 Baxış
Niyə məhz yüksəkdozalı C vitamini?

Kəskin və xroniki xəstəliklər zamanı orqanizmdə “oksidativ stress” adlanan zərərli proses artır.


Medicina.az xəbər verir ko, bu zaman yaranan sərbəst radikallar hüceyrələrə, DNT-yə və toxumalara zərər verə bilər. Nəticədə iltihab güclənir, immun sistem zəifləyir və bir çox xroniki xəstəliklərin yaranması və ağırlaşması üçün şərait yaranır.

Müddəalar:

Proqressiv iltihabi xəstəliklər çox zaman zəif antioksidant müdafiə və C vitamini çatışmazlığı ilə müşayiət olunur.

Xroniki iltihabi və onkoloji xəstəliklərdə yalnız qidalanma və oral C vitamini ilə kifayət qədər askorbat səviyyəsinə çatmaq mümkün olmur.

Araşdırmalar göstərir ki, iltihabəleyhinə təsir üçün fizioloji normadan 10–15 dəfə yüksək C vitamini konsentrasiyası tələb oluna bilər.

Endotel funksiyasının qorunması üçün qanda C vitamininin daha yüksək səviyyədə (15-40 mq/dl) olması vacibdir.

Oral qəbulun mənimsənilməsi məhdud olduğuna görə, terapevtik məqsədlə yüksəkdozalı C vitamini infuziyaları istifadə olunur.

Yüksəkdozalı C vitamini infuziyaları həm kəskin, həm də uzunmüddətli müalicədə adətən yaxşı tolerə olunur.

Eksperimental və klinik müşahidələr Yüksəkdozalı Vit C- nin bəzi şiş toxumalarına toksik təsir göstərə biləcəyini göstərir.

Adjuvant və palliativ terapiyada Yüksəkdozalı C vitamini həyat keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər

✔️ yorğunluq
✔️ ürəkbulanma
✔️ halsızlıq
✔️ yuxu pozuntuları
✔️ iştahasızlıq kimi simptomların azalmasına dəstək ola bilər.

Postoperativ dövrdə Yüksəkdozalı C vitamini infuziyaları infeksiya riskinin azalmasına kömək edə bilər.

Kimyaterapiya və radioterapiya zamanı əlavə dəstək kimi istifadə olunduqda bəzi yan təsirlərin daha yüngül keçməsinə dəstək ola bilər.
Preklinik araşdırmalar göstərir ki, C vitamini bəzi kimyaterapiya preparatlarının təsirini gücləndirə bilər.

Xroniki xəstəliklərdə oksidativ stres, xroniki iltihab olduğu üçün Vit C – yə tələbat qat-qat artır. Vitamin C – nin peroral qəbulu zamanı, orqanizm üçün lazım olan miqdarı əldə etmək qeyri-mümkündür, çünki onun bağırsaqdan sorulması olduqca məhduddur. Oral nə qədər çox Vit C qəbul olunsa da, bağırsaqdan az miqdar sorula bilir. Və bu Vit C- nin orqanizm üçün çox vacib olan funksiyalarını yerinə yetirməsinə imkan vermir. Məhz bu səbəblərdən həm kəskin, həm xroniki, həm bədxassəli xəstəliklərdə Yüksəkdozalı Vit C əvəzedilməz preparatdır.