Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Niyə səhərlər pis əhvalla oyanırıq?

  • 2025.06.17 21:49
  • 178 Baxış
 Niyə səhərlər pis əhvalla oyanırıq?

Həkim səhərlər pis əhval-ruhiyyənin səbəblərini açıqlayıb.


“Medicina” xəbər verir ki, ispan həkim Sara Marin Berbell səbəbləri sadalayıb.


Qeyri-sağlam şam yeməyi və yüksək stress səviyyəsi səhərlər pis əhval-ruhiyyənin səbəbi ola bilər.



"Əgər axşam yeməyi çox erkən, çox yüngül və ya əksinə, çox yağlı yeməklər yesəz, gecədə qan şəkərinizin səviyyəsi kəskin şəkildə aşağı düşə bilər. Buna cavab olaraq, orqanizm oyanışı stimullaşdıran adrenalin hormonu istehsal etməyə başlayır. Bu da əsəbiliyin və güclü aclıq hissinin səbəbi ola bilər”.

Həkim həmçinin səhər qıcıqlanmasını təbii olaraq artan stress hormonu olan kortizolun təsiri ilə əlaqələndirdi. Kortizol, adrenalin kimi bədənin oyanmasına kömək edir, lakin xroniki stress, zəif yuxu və gec yatmaq zamanı bu mexanizm "itirilir".



"Səhər saatlarında orqanizm oyanma prosesinə başlamaq üçün kortizol ifraz edir. Amma siz daim stress keçirirsinizsə, pis yatırsınızsa və ya çox gec yatırsınızsa, kortizol səviyyəsi kəskin şəkildə yüksəlir və siz həyəcan rejimində oyanırsınız”.


Aygün Musayeva