Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

  • 2021.11.27 08:55
  • 3844 Baxış
Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
ABŞ-ın Nyu-York ştatında fövqəladə vəziyyət elan edilib.

Medicina.az -ın məlumatına görə, ştatın qubernatoru Keti Hokul bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, fövqəladə vəziyyət koronavirusa yoluxma hallarının sayının artması fonunda tətbiq edilib və 2022-ci ilin 15 yanvar tarixinədək qüvvədə olacaq.

Bildirilir ki, dekbarın 3-də başlayacaq fövqəldə vəziyyət ştata pandemiya ilə mübarizə üçün istənilən kritik materialları tez bir zamanda almağa imkan verəcək.