Oksford Universitetindən AstraZeneca vaksini ilə bağlı açıqlama

  • 2021.03.22 16:42
  • 1454 Baxış
Oksford Universitetindən AstraZeneca vaksini ilə bağlı açıqlama

Oksford Universiteti Avropada və bir sıra ölkələrdə müzakirəyə səbəb olan Oxford / AstraZeneca vaksininin təsirləri haqda araşdırma apararaq nəticəni ictimaiyyətə açıqlayıb.

Medicina.az musavat.com-a istinadən xəbər verir ki, ABŞ-da aparılan araşdırmanın nəticələrinə görə, vaksin 79 faiz təsirlidir.

Reanimasiya şəraitində müalicə alan xəstələr üçün isə bu göstərici 100 faizdir.

Xatırladaq ki, bir müddət öncə Danimarka rəsmiləri AstraZeneca vaksinindən istifadənin dayandırıldığını elan etmişdi. Səbəb vaksin vurulan şəxslərdə qanda trombun yaranması ilə bağlı idi. Danimarkadan sonra Norveç Səhiyyə Nazirliyi də AstraZeneca vaksinlərinin istifadəsinin müvəqqəti dayandırıldığını elan etmişdi.

Cənubi Koreyada isə AstraZeneca vaksini vurulduqdan sonra 7 nəfərin ölüməsi ilə bağlı istintaq başlamışdı.

Bütün bunlara baxmayaraq, Avropa Dərman Agentliyi və Ümumdünya Səhiyyə Təşkilatı AstraZeneca vaksinlərinin təhlükəsiz olduğunu və faydalarının zərərlərindən daha çox olduğunu bildirmişdi. Vaksinin etibarlılığını sübut etmək üçqn İngiltərə Baş naziri Boris Conson kameralar qarşısına keçərək Oxford / AstraZeneca vaksini ilə peyvənd olunmişdu.