Oktay Şirəliyevi əvəz edən Teymur Musayev kimdir? - DOSYE

  • 2021.04.23 17:24
  • 1855 Baxış
Oktay Şirəliyevi əvəz edən Teymur Musayev kimdir? -  DOSYE

Xəbər verdiyimiz kimi Azərbaycanın səhiyyə naziri Oktay Şirəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad olunub.

Ölkə başçısının digər bir sərəncamı ilə Teymur Musayev səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib və səhiyyə naziri vəzifəsinin müvəqqəti icrası ona tapşırılıb.

Medicina.az Teymur Yusif oğlu Musayev haqqında məlumatı təqdim edir:

T.Musayev 1987-94-cü illərdə ATU-da tibb təhsili alıb. O, 2003-2004-cü illərdə Strastburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə biliyini artırıb. 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.

T.Musayev bu təyinatadək Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edib.