Ölkədə koronavirusdan sağalanların sayı 3327-yə çatdı

  • 2020.05.30 17:55
  • 3634 Baxış
Ölkədə koronavirusdan sağalanların sayı 3327-yə çatdı
Hazırkı dövrədək Azərbaycanda 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Medicina.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.