Peyvənd olunanların sayı açıqlandı

  • 2021.05.11 16:43
  • 1865 Baxış
Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 339 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 556nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 705 906, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 009 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 696 419təşkil edir.