Ölümcül bitki göbələyi ilk dəfə insana yoluxdu

  • 2023.04.05 18:37
  • 1350 Baxış
Ölümcül bitki göbələyi ilk dəfə insana yoluxdu
Hindistanda dünya tarixində ilk dəfə ölümcül bitki göbələyi insana yoluxub.

“Medicina” xəbər verir ki, hadisə Hindistanın Qərbi Benqaliyanın Kolkata şəhərində baş verib. Tarixdə ilk dəfə bitkilər üçün ölümcül hesab edilən göbələk xəstəliyinə yoluxmuş şəxs qeydə alınıb.

Adı açıqlanmıyan 61 yaşlı Hindistan sakini qripə bənzər simptomlarla həkimə müraciət edib. Davamlı öskürəkdən, səs tellərinin zədələnməsindən, udqunmada çətinlik şəkdiyindən, halsızlıqdan şikayət edirdi. 3 aya kimi davam edən bu əlamətlərdən sonra o həkimə müraciət etmişdi.

O günə qədər həmin kişinin sağlamlıq tarixçəsində xroniki xəstəlik və ya immun çatışmamazlığı yox idi.

Müayinə zamanı həkimlər xəstənin nəfəs borusunda abses aşkarlayıblar.

Drenajdan sonra irin nümunələrini labaratoriyaya müayinəyə göndərirlər. Lakın xəstəliyin səbəbini ənənəvi üsullarla müəyyən etmək mümkün olmur.
Müəyyən araşdırmalardan sonra “Bənövşəyi Hondrosterium” növünün göbələyi ilə infeksiya olduğunu aşkarladılar. Bu virus yalnız bitkiləri yoluxdurur. Gümüş qapaq adlanan ölümcül xəstəliyin inkşafına səbəb olur.

İnsanların bu virusa yoluxması bu günə qədər qeydə alınmayıb.

Mütəxəssislər xəstəni iki ay ərzində iki kurs qrip əleyhinə dərmanlarla müalicə etdikdən sonra sağaltdı.

Bundan sonra Hindistan mütəxəssisləri xəstəni iki il nəzarətdə saxlayıblar. Lakin heç bir ağırlaşma və ya xəstəliyin residivləri aşkar edilməmişdir.

Mütəxəssislərin fikrincə, bu hal həkimlərin ciddi narahatlığına səbəb olur, belə ki, infeksiya həm sağlam insanlara, həm də immunitet problemlərindən əziyyət çəkənlərə təsir edə bilər. Onlar qlobal istiləşmənin yeni göbələk xəstəlikləri üçün Pandora qutusunu aça biləcəyini vurğuladılar.

Günay Quliyeva