Ölümcül virus bu ölkələrə sıçradı: Ərəbistan, Dubay, İngiltərə ....

  • 2020.01.27 16:17
  • 18472 Baxış
Ölümcül virus bu ölkələrə sıçradı: Ərəbistan, Dubay, İngiltərə ....

Epidemik mərkəzi Çin olan koronavirus Səudiyyə Ərəbistanı, Dubay, İngiltərə, Vyetnam kimi ölkələrə sıçradı.


Əgər bu ölkələrdə virus varsa, artıq orda olan turistlər və səfərdə olanlar real təhlükə mənbəyidir.

Medicina.az xəbər verir ki, bir çox ölkələr, həmçinin Türkiyə və Azərbaycan Çinə aviareysləri müvəqqəti dayandırıb. Lakin göründüyü kimi ölkə siyahısı artır.

Həkimlər koronavirusun hətta əlamətsiz belə yoluxduğunu bildiir və xəstədə bəzən hərarət, öskürək olmaya da bilir.
Hələ ki, virusa qarşı konkret dərman və peyvənd yoxdur.

Korona virusu 1965-ci ildən var, lakin yarasa və dəvələr arasında yayılmış zoonotik virus idi. İndi isə o insana keçərək, yeni mutasiyaya çevrilib.