Ölümcül virusa yoluxan körpəsini qucaqlaya bilməyən ata - VİDEO

  • 2020.02.03 12:43
  • 6324 Baxış
Ölümcül virusa yoluxan körpəsini qucaqlaya bilməyən ata -   VİDEO
Sosial şəbəkələrdə yayılan video görənləri təsirləndirib.

Həmin kadrlar Çində çəkilib. Görüntülərdə koronavirusa yoluxmuş körpənin atasından onu qucağına almasını istəməyi əks olunub.

Medicina.az milli.az-a istinadən xəbər verir ki, şüşənin arxasındakı körpəsinə toxuna bilməyən ata göz yaşlarına hakim ola bilməyib. O, övladının onu ağlayarkən görməməsi üçün üzünü çevirib.

Qeyd edək ki, Çində yayılan yeni növ koronavirus (2019-nCoV) səbəbindən 300-dən çox insan ölüb. Xəstəliyə yoluxanların sayı 14 mini keçib.