Ölümcül virusun mikroskopik görüntüləri yayıldı - FOTO

  • 2020.01.25 11:53
  • 4052 Baxış
Ölümcül virusun mikroskopik görüntüləri yayıldı -   FOTO
Çində getdikcə daha da yayılan korona virusunun mikroskopla çəkilmiş görüntüləri yayılıb.

Medicina.az xəbər verir ki, foto Çin Xəstəlikləri Nəzarət və Qarşısınıalma Mərkəzinin veb saytına yerləşdirilib. Mərkəzdən verilən məlumata əsasən, sürətlə yayılan virusu nəzarət altına almaq üçün onun mikroskopik görüntüsünü yayımlayıblar.

Qeyd edək ki, korona virusu artıq Avropa ölkələrində də qeydə alınıb. Belə ki, Fransada 3 nəfərdə virus aşkarlanaraq karantinə götürülüb.