"Ölümlə üz-üzəydik, immunitet sıfıra düşür" - Qızılcadan sağalanlar

  • 2023.04.24 16:18
  • 1205 Baxış
"Ölümlə üz-üzəydik, immunitet sıfıra düşür"   - Qızılcadan sağalanlar
Rusiyada həm uşaqılar, həm böyüklər arasında qızılca getdikcə yayılır. Artıq insanları pulsuz peyvənd edirlər.

Medicina.az xəbər verir ki, həkimlər 25 yaşdan sonra qızılcanın ilk dəfə keçirməsindən sonrakı fəsadların 8 il sonra da təsir edəcəyini bildirir.

38 yaşlı xəstə Olqa bildirib ki, qızılca onun həyatını “əvvəl” və “sonra”ya bölüb. İmmunitet sıfıra enib.

Xəstəlikdən sonra da onun bədəni infeksiyalara qarşı müdafiəsiz qalır. Və onda xərçəng diaqnozu qoyulub.


25 yaşlı Andrey 3 il əvvəl qızılca xəstəliyindən əziyyət çəkirdi. Hər şey temperaturla başladı, sonra üzdə səpgilər. Altı aya yaxındır ki, xəstəlikdən tam sağalmayıb.

38 yaşlı Sankt-Peterburq sakini Leonid ölüm-dirim astanasında idi. O, 9 günə yaxın reanimasiyada yatıb. Qızılcadan sonra ağırlaşmalar başlayıb, onda ciddi eşitmə problemləri yaranıb.

Aygün Musayeva