Omikron 3 gün ərzində simptomlarını göstərir

  • 10 Yan 2022 17:06
  • 334 Baxış
Omikron 3 gün ərzində simptomlarını göstərir


“Omikron”un inkubasiya müddəti indiki məlumatlarımızdan daha qısadır. Uhan variantında bu müddət 5 gün olduğu halda, “delta” variantında 4 gün, “omikron”da isə 3 gün kimi görünür.

Medicina.az xəbər verir ki, bunu Qazi Universiteti Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi İlhan deyib.

O bildirib ki, “omikron” digər variantlara nisbətdə daha geniş yayılır və insanlar daha tez xəstələnir: “Çox qısa müddətdə xəstəliyə səbəb olur. Vətəndaşlar düşünməsinlər ki, “təmasım oldu, amma üzərindən 5 gün keçib və xəstə olmaya bilərəm”. Çünki “omikron” variantı indi adi görünür. Lakin “delta” variantı artıq bütün dünyada mövcuddur. Ona görə də qorunmaq və peyvənd olunmaq lazımdır”.