Omikron keçirən uşaqların sonradan ürəyini yoxladın – Həkim

  • 2022.03.01 16:45
  • 2623 Baxış
Omikron keçirən uşaqların sonradan ürəyini yoxladın   – Həkim


Omikron keçirən uşaqlarda bəzi post kovid problemlər yarana bilər.

Ona görə də valideynlər heç bir şikayət olmasa da omikron keçirən uşağı bəzi müayinələrdən keçirməlidir.

Medicina.az xəbər verir ki, baş pulmonoloq Sergey Lukyanov omikrona yoluxmuş uşaqların ürək miokarditi ilə üzləşdiyini açıqlayıb.



“Azyaşlı uşaqlar və yeniyetmələrdə biz koviddən sonra tez-tez miokardit – ürək əzələsi iltihabı görürük. Baxmayaraq ki, onlar kovidi adi qrip kimi 3-5 günə keçiriblər.

Amma ürək fermentlərinə baxdıqda, ürək kameralarının genişləndiyini görürük”.


Ona görə də Omikrondan sonra uşaqların ürək EXQ olunması zəruridir.