Omikrona qarşı peyvəndin hazır olacağı vaxt AÇIQLANDI

  • 2022.01.11 14:31
  • 1520 Baxış
Omikrona qarşı peyvəndin hazır olacağı vaxt  AÇIQLANDI
"Pfizer" "omicron" ştamına qarşı peyvəndin hazır olacağı tarixi açıqlayıb


Amerikanın "Pfizer" şirkətinin koronavirusun "omicron" ştamına qarşı peyvəndi yazda hazır olacaq.

Bu barədə "Pfizer"in baş direktoru Albert Burla bildirib.

"Peyvənd bu ilin mart ayında hazır olacaq", - deyə Burla qeyd edib. O, bildirib ki, istehsal prosesi artıq başlayıb. Onun sözlərinə görə, peyvənd təkcə "omicron" ştamına qarşı deyil, həm də digər variantlara qarşı effektiv olacaq.

Xatırladaq ki, daha əvvəl şirkət Paxlovid koronavirusa qarşı preparatın müvəqqəti qeydiyyat şəhadətnaməsinin alınması üçün Avropa Dərman Agentliyinə (EMA) müraciət edib.
Dərman xəstəliyin ağır formasına keçmə riski yüksək olan 12 yaşdan yuxarı yeniyetmələr və böyüklərdə yüngül və orta gedişatlı koronavirus infeksiyasına yoluxmanın müalicəsi üçün nəzərdə tutulub.