Omikrona yoluxduğunuzu necə bilməli?

  • 2021.12.22 15:35
  • 1694 Baxış
Omikrona yoluxduğunuzu necə bilməli?

“Omikron”un ən xarakterik əlaməti ciddi baş ağrısı və qəfil zəiflik, güc itkisidir.

Medicina.az xəbər verir ki, bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok sözügedən ştammın xarakterik əlamətlərini sadalayarkən bildirib.


Həkim vurğulayıb ki, COVID-19-un bütün variantları üçün 70-dən çox simptom təsvir olunub və bu, xəstələrdə ştammı dəqiq müəyyən edilməsində problemə çevrilir.

“Onlar müxtəlif ştammlarda təkrarlanır, lakin bəzi simptomlar bəzi ştammlarda daha qabarıq şəkildə özünü göstərir. Məsələn, “Uhan” ştammının “vizit kartı” - qoxu itkisi idi, bu “Delta”da rast gəlinir, lakin daha az”.

Bolibok vurğulayıb ki, “Omikron” ştammı ilə yoluxma halında isə qoxu itkisinə demək olar ki, rast gəlinmir.

Mənbə: Ura.ru

Bizimlə əlaqə saxlayın