Omikronu testsiz təyin etməyin yolu açıqlandı

  • 2022.02.03 16:47
  • 2308 Baxış
Omikronu testsiz təyin etməyin yolu açıqlandı

ABŞ -ın infeksion xəstəliklər üzrə mütəxəssisi, vaksinoloq doktor Ketrin Polinq Omikronu hətta test vermədən təyin etməyə imkan verən əlamətləri açıqlayıb.

Medicina.az xəbər verir ki, xəstə bir-iki əlamətlə artıq yoluxduğunu anlaya bilər.

“Burnun tutulması, burun axma və bədəndə istənilən bir ağrı, yorğunluq – Omikronun görünən, sübuta ehtiyacı olmayan əlamətidir.

Deltadan fərqli olaraq, kəskin qızdırma və dad-iybilmənin itməsi müşahidə olunmur. Bu əlamətləri gözləməyə dəyməz. Boğazda qıcıqlanma, tutulma artıq Omikronun keçdiyini deyə bilər”.