Omikronun müalicəsi üçün 8 antiviral dərman - Alman alimləri

  • 2022.01.27 14:54
  • 3569 Baxış
Omikronun müalicəsi üçün 8 antiviral dərman  - Alman alimləri

Koronavirusun yeni variantı insan orqanizminin bütün hüceyrələrində rast gəlinən “interferon reaksiyası”nın zəifləməsinə xüsusilə həssasdır.

Medicina.az xəbər verir ki, Frankfurtdakı Höte Universiteti və Kent Universitetinin alimləri hansı antiviral dərmanların Omikron ştamının müalicəsində təsirli olduğunu müəyyən ediblər.

Öyrənilib ki, Omikron bundan əvvəl də digər stamlara qarşı istifadə edilən səkkiz antiviral dərmana və namizəd dərmanlara qarşı həssasdır.

Onların arasında “Remdesivir”, “Favipravir”, “Ribavirin”, “Nafamostat”, “Aprotinin”, “Kamostat”, “EIDD-1931” və “PF-07321332” var.

Digər məsələlərlə yanaşı, elm adamları Omikrona yoluxmuş xəstələrin niyə xəstəliyin ağır formasını tez keçirdiklərini izah ediblər.

Onların fikrincə, bu, koronavirusun yeni versiyasının insan orqanizminin bütün hüceyrələrində olan “interferon reaksiyası”nın azalmasına xüsusilə həssas olması ilə bağlıdır. /aztibb.az/