Omikronun yeni növündən ölüm qeydə alındı

  • 2022.03.14 17:48
  • 2012 Baxış
Omikronun yeni növündən ölüm   qeydə alındı

Avstraliyada koronavirusun omikron ştamının yeni, BA.2 alt növünə yoluxma ilə əlaqədar ilk ölüm faktları qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının səhiyyə naziri Bred Hazzard deyib.

O bildirib ki, ölkə ərazisində növbəti 4-6 həftə ərzində yoluxma sayının iki dəfəyədək artması gözlənilir.


Nazirin sözlərinə görə, omikronun yeni növü ilə əlaqədar ölkənin üç regionunda beş nəfərin ölümü qeydə alınıb.



Qeyd edək ki, omikron ştamının BA.2 alt növü ilk dəfə yanvar ayında Danimarkada, fevralın əvvəlində Afrika ölkələrində qeydə alınıb.