Omikronun yeni versiyası yarandı - Vəziyyət dəyişir?

  • 2022.01.28 16:05
  • 2233 Baxış
Omikronun yeni versiyası yarandı   - Vəziyyət dəyişir?


Omikronun daha bir yeni versiyası yarandı

Yüksək yoluxuculuq qabiliyyəti olan Omikronun yeni BA.2 variantı Avropa və Asiya, eləcə də ABŞ_da köhnə versiyası ilə yanaşı yayılmaqdadır.

Medicina.az xəbər verir ki, ÜST 25 yanvarda bu subvariantın təcili olaraq öyrənilməsini tapşırıb. Bu variantı Gözəgörünməz adlandırıblar.

İş ondadır ki, BA.2 əvvəlki Omikrondan bir neçə mutasiyasının artıq olması ilə fərqlənir, genetik özəlliyinə görə onu Deltadan və Omikrondan ayırd etmək çətindir.


Yeni versiyanın böyük təhlükələr yaradıb-yaratmayacağı dəqiqləşdirilir. Bir çox mütəxəssislər hələ ki, panikaya ehtiyac olmadığını düşünür.