On gün fasiləsiz işləyən çinli həkim öldü

  • 2020.02.10 15:49
  • 3994 Baxış
On gün fasiləsiz işləyən çinli həkim   öldü
10 gün fasiləsiz işləyən Çinli həkim həyatını itirib.

Medicina.az xəbər verir ki, o, Vuhan şəhərində koronavirusa infeksiyasına qarşı çalışan həkimlərdən olub. 27 yaşlı gənc həkim Hubei bölgəsinin episentrini məhdudlaşdıran Hunan əyalətində yerli xəstəxanaların birində qrup rəhbəri olub.

Onun sürücülər və sərnişinlərdə temperatur yoxlanışı aparmaqdan məsul olduğu bildirilib. Song Ying adlı həkim,25 yanvardan etibarən fasiləsiz işləyib. Ölümünəə səbəb anidən ürəyinin durması olub.

Qeyd edək ki, Çinin Vuhan şəhərində başlayan və minlərlə insana yoluxan virusun öhdəsindən gəlmək üçün həkimlər gecə-gündüz fasiləsiz çalışır.