Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Onkoloji xəstələr koronavirusdan gec sağalır

  • 2020.12.03 14:55
  • 1200 Baxış
Onkoloji xəstələr koronavirusdan gec sağalır



ABŞ-da COVID-19 olan xərçəng xəstələri üzərində aparılan araşdırmalar nəticəsində xərçəng xəstələri və xərçəngə görə kimyaterapiya müalicəsi alan şəxslərdə COVID-19-un iki aydan çox qaldığı müəyyən edilib.

Bu xəstələrin eyni zamanda COVID-19-u yayma müddətinin də digərləri ilə müqayisədə daha uzun çəkdiyi məlum olub.

Medicina.az xəbər verir ki, buxəstələr 3 həftə və daha çox müddətdə virusu yayma qabiliyyətinə malik olurlar. Bu səbəbdən həmin xəstələrin azı 20 gün sosial həyatdan təcrid olunmaları tövsiyə olunur.

Bundan başqa, tədqiqatlar zamanı COVID-19-dan sağalan xərçəng xəstələrində bu xəstəliyə qarşı mübarizəni bildirən antitellərin yaranmadığı da təsdiqini tapıb.