Onkoloji xəstəliklərlə mübarizədə hipertermiyanın rolu - VİDEO

  • 2026.06.04 11:43
  • 142 Baxış
Onkoloji xəstəliklərlə mübarizədə hipertermiyanın rolu -  VİDEO

Xərçənglə mübarizədə tətbiq olunan müasir dəstək üsullarından biri də ümumi bədən hipertermiyasıdır.

Medicina.az xəbər verir ki, bu metod zamanı bədən temperaturu nəzarət altında müəyyən səviyyəyə qədər qaldırılır və məqsəd orqanizmin təbii müdafiə mexanizmlərini aktivləşdirmək, müalicə prosesini dəstəkləməkdir.

Videoda öz müalicə təcrübəsini bölüşən pasiyent hipertermiya müalicəsini artıq bir neçə aydır davam etdirdiyini və bu müddətdə sağlamlığında müsbət dəyişikliklər hiss etdiyini bildirir. Onun sözlərinə görə, həm fiziki vəziyyətində, həm də psixoloji olaraq özünü daha yaxşı hiss etməyə başlayıb.
Hipertermiya bəzi onkoloji müalicə proqramlarında həkim nəzarəti altında əlavə dəstək metodu kimi tətbiq olunur. Bu yanaşmanın əsas məqsədi orqanizmin mübarizə qabiliyyətini gücləndirmək və pasiyentin ümumi vəziyyətinin yaxşılaşmasına kömək etməkdir.



Pasiyentin hekayəsi bir daha göstərir ki, müalicə prosesində peşəkar tibbi yanaşma, düzgün istiqamətləndirmə böyük əhəmiyyət daşıyır.
Hər pasiyentin müalicə yolu fərqlidir. Ən doğru qərarlar isə həkim məsləhəti əsasında verilməlidir.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
Ətraflı məlumat üçün: (012 / 050 / 055 / 070) 430 89 89