Onkoloq bütün xərçəng növlərinin ümumi əlamətini – AÇIQLADI

  • 09 İyn 2021 15:18
  • 1659 Baxış
Onkoloq bütün xərçəng növlərinin ümumi əlamətini  – AÇIQLADI

Rusiyanın baş onkoloqu Andrey Kaprin 90% xərçəng xəstəlikləri üçün xarakterik olan bir əlaməti açıqlayıb.

Medicina.az xəbər verir ki, həkim orqanizmdən xaric olan istənilən mayeyə qarşı diqqətli, ehtiyatlı olmağa çağırıb.


“İnsan bəlğəmi,sidiyi, nəcisi, qadınlar uşaqlıq yolu axıntısında istənilən qəribəlik, kəskin fərq, qan izi və bulanıqlıq görərsə, 100% həkimə müraciət etməlidir. Eləcə də bitməyən öskürək, çəki itkisi, zəiflik, tərləmə də insanı narahat etməlidir”.

Xərçəngdən qorunmaq üçün ildə bir dəfə çek apdan keçmək, hərəkətli həyat keçirmək, həkimlərin tövsiyələrini diqqətlə yerinə yetirmək lazımdır.


Həddən artıq arıqlamaq və kökəlmək olmaz. Eləcə də kişilər spirtli içki və siqareti tərgitməlidir.