Misirdə turistlər kütləvi şəkildə pivədən zəhərlənib.
“Medicina” məlumatına görə, Misir otellərindən birinin barında “pis yuyulmuş stəkanlarda” spirtli içki qəbul ediblər. İçkinin dadı limonad və kvas qarışığına bənzəyirdi. Ruslar "pivə" içdikdən sonra bir neçə saat ərzində zəhərlənmə əlamətlərini hiss ediblər, bundan sonra xəstəxanaya aparılıblar.
Zərərçəkənlərdən bəziləri hesab edir ki, onlara qəsdən pis pivə verilib və beləliklə, onları otel mağazasında spirtli içki almağa məcbur ediblər.
Aygün M