Onurğa beyni iflic siçanlar gəzməyə başladı- Almaniyada yeni metod

  • 2021.01.27 17:28
  • 1934 Baxış
Onurğa beyni iflic siçanlar gəzməyə başladı - Almaniyada yeni metod

Almaniyada iflic olmuş siçanların onurğa beynini bərpa edildi – Elmdə yenilik

Yeni gen terapiyası vasitəsilə onurğası zədələnən, iflic xəstələrə sağalmaq şansı yarana bilər.

Belə ki, Almaniyanın Fizioji İnstitutunun gen mühəndisləri professor Ditmar Fişerin rəhbərliyi ilə siçanlar üzərində elmi təcrübə aparıblar.
Medicina.az xəbər verir ki, onlar hiper interleykin 6 adlı dizayner zülalı yaradıblar. Bu zülal zədələnmiş sinir hüceyrələrini effektiv bərpa edə bilir.

Siçanlar üzərində tətbiq zamanı onların onurğa beyninə xüsusi genetic informasiya daşıyan zülallar yeridildi.

Nəticədə hərəkət sinir neyronları özləri HLL 6 zülalını hasil etməyə başladılar, sinir ucları ilə zülal beynin digər hissələrinə çatdı və hərəkət siqnalı bərpa olundu.

Təctürənin sonunda arxa ayaqları tamam iflic olmuş siçanlar 2-3 həftə sonra gəzməyə başladılar.

Təcrübənin ikinci mərhələsində alimlər artıq uzun müddətdir iflic olan siçanlar üzərində bu metodu sınayacaq.
Əgər bu mərhələdə də gen terapiyası uğurla nəticələnsə, insanlar üzərində klinik sınaqlar keçirilməlidir. Lakin bu illər sonra baş tuta bilər.