Öpüşmək başınıza bəla ola bilər

  • 2023.05.01 15:01
  • 2387 Baxış
Öpüşmək başınıza bəla ola bilər
Qonoreya və xlamidiyanın öpüş yolu insandan-insana keçməsi barədə çox fikirlər dolaşır.

“Medicina” xəbər verir ki, həkim – dermatoloq Yelena Bıstriskayanın sözlərinə görə, öpüşmə yolu ilə infeksiyaların bu cür ötürülməsi praktiki olaraq, mümkün deyil. Onların patogenləri olan xlamidiya və qonokokklar xarici mühitdə sabit ola bilmir, tez ölürlər.

“Britaniya qəzeti Daily Mail –də gündəlik həyatda xlamidiya və süzənək xəstəliyinə necə yoluxa biləcəyiniz haqqında məqalə dərc edilib. Məqalədə bu infeksiyaların insanlar arasında öpüşmə yolu ilə keçə biləcəyi qənaətinə gələn professor Erik Çovun araşdırmasından bəhs edilir.

Mütəxəssilərin araşdırmalarına görə, qonokoklar irin və selikdə bir müddət canlı qalır, bu da infeksiyanın qeyri-cinsi olduğunu göstərir. Qonokoklar qana buraxıldıqda, immun müdafiə qüvvələrinin aktivləşməsi səbəbindən tez zərərsizləşdirilir və ölür, nəticədə bütün bədənə yayılmır.

Xlamidiya və süzənək xəstəliyinin ötürülmə yolu qorunmayan cinsi əlaqədir. Prezervativdən istifadə etmədən, yeni bir tərəfdaşla cinsi əlaqə varsa, nəticədə təhlükəli olan infeksiyalara yoluxub-yoluxmadığınızı bilmək üçün müayinələrdən keçməlisiz”.

Günay Quluzadə