Oqtay Gülalıyev koronavirusdan sağaldı

  • 2020.11.24 00:49
  • 1203 Baxış
Oqtay Gülalıyev koronavirusdan sağaldı
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin 6 gün davam edən COVİD-19 virusu ilə bağlı müalicəsindən sonra, növbəti analiz cavabları "neqativ" çıxıb.

Medicina.az xəbər verir ki, bunu hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev özünün feysbuk hesabında yazıb.

"Sabah, günün ikinci yarısında xəstəxanadan çıxarılaraq, müalicəsi ev şəraitində davam edəcəkdir", - deyə T.Gülalıyev bildirib.

Oqtay Gülalıyev ötən ilin oktyabr ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb.

Heydər Əliyev Fondunun təşkilati və maliyyə dəstəyi ilə 2019-cu ilin noyabr ayından İstanbulda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev ailəsinin xahişinə əsasən noyabrın 8-də Bakıya gətirilib.