Oqtay Gülalıyevin vəziyyətində irəliləyiş varmı? - AÇIQLAMA

  • 23 Noy 2019 10:04
  • 835 Baxış
Oqtay Gülalıyevin vəziyyətində irəliləyiş varmı? -  AÇIQLAMA
Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş yoxdur. 


Medicina.az xəbər verir ki, bu barədə məlumatı onun oğlu Təbriz Gülalıyev yayıb. 


T. Gülalıyev qeyd edib ki, atasının vəziyyətinin müsbət yöndə dəyişməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir: "Gönül istərdi ki, bu paylaşımlar həqiqət olsun. Amma bütün yazılanlar, deyilənlər yanlışdır. Həkimin bildirdiyinə görə, komadan nə zaman ayılacağı, qalacaq fəsadlar bilinmir. Həmçinin atamın qanında və ağciyərində infeksiya əmələ gəlib. Bunların qarşısını almaq üçün müalicə edirlər”.


Xatırladaq ki, Oqtay Gülalıyev ötən ayın 29-da, 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai” markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib.